Fachportal zur Geschichte und Kultur der Deutschen in Kaukasien

Tərəfdarlar

Layihədə bizə dəstək olduqları üçün Xarici İşlər üzrə Federal Nazirliyə və Almaniyanın Azərbaycandakı səfirliyinə təşəkkürümüzü bildiririk.

Lakin saytın və rəqəmsal arxivin tamamlanması üçün daha çox tərəfdarlara ehtiyyacımız var. Biz Qafqaz almanlarının övladlarından, nəvə-nəticələrindən arxivlərini rəqəmsallaşdırmaq üçün açmağı və ya müsahibələrin təşkil olunmasında köməklik göstərmələrini xahiş edirik. Yalnız yaddaşlarda qalan tarix mübahisələrə təsir göstərə bilər.

Həmçinin regionda alman irsinin qorunmasına yönəlmiş layihələrə müəssisə və ayrı-ayrı şəxslərdən gələcək dəstək də arzu olunandır. Xüsusilə Göygöldə/Helenendorf Viktor Kleynin tarixi evində "Şvabiya muzeyi"nin təsis olunması önəmlidir. GİZ (Alman beynəlxalq əməkdaşlıq assosiasiyası) vasitəsilə inventarizasiyanı bitirdik, lakin muzeyin konsepsiyası hələ ki həyata keçməyib.

Əgər siz maraqlısınızsa Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrası və "EuroKaukAsia" cəmiyyəti ilə əlaqə saxlaya bilərsiniz:
"EuroKaukAsia" cəmiyyəti

Prof.Dr. Eva-Mariya Aux
eurokaukasia@t-online.de
auchevam@hu-berlin.de