Fachportal zur Geschichte und Kultur der Deutschen in Kaukasien

Məqsədimiz

Bu sayt Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə yaradılmışdır. Burada Qafqazda yaşayan almanların tarixi və mədəniyyəti haqqında məlumat verilir. Eyni zamanda, biz mənbələrin və müfaviq tədqiqatların rəqəmsal verilənlər bazasını (məs. şəkillər, sənədlər, müsahibələr və s.) yaradırıq. Bu gələcək “Qafqaz almanlarının rəqəmsal arxivi” regionda xatirə yerlərinə QR kodları vasitəsilə bağlıdır. Biz həmçinin 1941-ci ildə deportasiya olunana qədər 120 000 almanın yaşadığı Şimalı Qafqazıda da daxil etməyi planlaşdırırıq. Onların emiqrasiya tarixi Cənubi Qafqazdakı emiqrasiya tarixindən fərqləndiyi üçün ayrıca fəsil kimi veriləcək.