Fachportal zur Geschichte und Kultur der Deutschen in Kaukasien

Tarix

Evdə


İlk kolonistlərə Köçürülmə İdarəsi tərəfindən 1819-cu ilədək həm yaşayış yeri, həm də təsərrüfat sahəsi, o cümlədən boş icma torpaqları təqdim olundu. Istifadə olunan işçi sahələr dövri olaraq yenidən bölünür, „təsərrüfat" bölünmədən kiçik oğula miras qalır və yalnız icmanın və çar orqanlarının razılığı ilə satıla bilirdi. Ehtiyat - sahələr istifadə edildiyi və satıla bildiyi təqdirdə - icma üzvləri üçün irsən keçə bilməyən pay hissələri kimi istifadə olunurdu. İlk beş koloniya Tiflis ətrafındakı ərazilərdən torpaqlar aldılar, digərləri isə şərqə tərəf yerləşərək Yelizavetpoladək gedib çıxdılar.


İlk onilliklərdə mühacirlər kənd təsərrüfatını inkişaf etdirməyə başladılar. Onlar əvvəlcə çar hərbi hissələrinin və yerli əhalinin köməyilə tikilmiş kiçik birmərtəbəli evlərdə yaşayırdılar. Daha sonra pilləkən qəfəsələri və eyvanlar əlavə edildi, onlar yeni, eyvanlar və sonradan da şüşəbəndlərlə təchiz olunmuş daş özüllü ikimərtəbəli evlər tikdilər. Evlər, bir qayda olaraq, ərzaq ehtiyatının saxlanması üçün altı metrədək dərinliyi olan zirzəmilərlə təchiz olunurdu. Hər bir qapalı həyətə yay mətbəxi, tövlələr, çardaq və bağ sahələri daxil idi. 


Evlərin inşası üçün mühacirlər yerli fəhlələrdən istifadə edirdilər. Interyer işlərini isə alman sənətkarları yerinə yetirirdi. Kəndlərin memarlıq üslubu cənubi alman və Qafqaz elementləri olan özünəməxsus bir xarakterə malik idi. XIX əsrin II yarısından etibarən koloniyalarda şahmat taxtası formasında bir-birilə əlaqələnmiş çox sayda kiçik küçələrin birləşdiyi birdən dördə kimi paralel uzanan əsas böyük küçə var idi. Mərkəzi meydanda yerli idarəetmə, kilsə, məktəb, eləcə də mağazalar və digər rəsmi binalar yerləşirdi. Əkinçilik, heyvandarlıq və hər şeydən öncə üzümçülük iqtisadi irəliləməyə səbəb oldu və ən gec 1870-ci illərdən etibarən müəyyən rifah şəraiti yarandı. Koloniyalarda alman əhalinin sayı 1818-ci ildə 2000 nəfərdən Birinci Dünya müharibəsi ərəfəsində 12000 nəfərə qədər artdı. Eyni zamanda alman qəsəbələri 1861-ci ildə Böyük Islahatlardan sonra mərkəzi idarəetməyə daha da möhkəm birləşdirildi. Özünüidarəetmə, o cümlədən hərbi xidmətdən azad olma kimi xüsusi hüquqlar 1871-ci və 1874-cü illərdə ləğv edildi və alman məktəbləri tədricən rus xalq məktəblərinə çevrildi. Kolonistlər buna baxmayaraq öz mədəni kimliklərini qoruyub saxlaya bildilər.

Üçüncü nəslin əli çörəyə çatdı

Öncəki illərdə məhsul artıq azalmağa başladıqdan sonra, 1816 – cı ilin məhsul qıtlığı və bunun nəticəsində yaranan aclıq cənubi Almaniyanı xüsusilə cənginə aldı. 1815 – ci ildə İndoneziya adası Sumbavada Tambora vulkanının püskürməsindən sonra tonlarla vulkanik material stratosferə yayılaraq o dövr üçün iqlim anomaliyasına səbəb oldu. Beləcə, »yaysız keçən« 1816 – cı ildə onsuz da qıt olan ərzaq malları beş – on dəfəyə qədər bahalaşdı. Rus çarı I Aleksandrın (1777–1825) bacısı Yekaterina (1788– 1819) I Vilhelmə (1781–1864) ərə getdi, şorba mətbəxləri qurdurdu və içəridən ehtiyac ilini xatırladan rəngli quraşdırma şəkillərlə bəzədilmiş aclıq vadisini uydurdu. Maddi vəziyyəti daha yaxşı olanlar bununla yoxsullara qayğı proqramına dəstək ola bilərdilər. Şəkil.: Wikimedia Commons

XIX əsrin II yarısında aqrar məhsullar üzrə ixtisaslaşma və artan satış imkanları sayəsində iqtisadi yüksəliş başlandı. Əvvəlcə heyvandarlıqda süd, yağ, pendir məhsulları, o cümlədən arıçılıq məhsullarında bu nəticələr əldə olundu. Kənd təsərrüfatı məhsulları əsasən özünütəminat məqsədi güdürdü: becərilməsi və sulanması mümkün olan torpaqlarda insanlar meyvə, buğda, qarğıdalı, arpa və kartof əkir, toyuq və mal-qara saxlayır, evdə onları kəsib bişirirdilər. XIX əsrin ortalarından üzüm bağlarının genişlənməsi və şərab, spirtli içki satışı da bura əlavə olundu. 1874-cü ilədək hökümət tərəfindən hücumlar zamanı kompensasiya qismində ödənilməli olan məbləğ istisna olmaqla dövlət borcları bağlandı. Aqrar islahatlar, nəqliyyat yollarının salınması və sənayeləşmə fonunda mexanizasiya, məhsulların emalı və satışına daha çox sərmayə qoyula bilirdi. Çoxuşaqlılıq və tədricən artan rifah bu qəsəbələrin böyüməsinə və Birinci Dünya müharibəsinədək çox sayda yeni qəsəbələrin yaranmasına səbəb oldu.

Şərabçılıq

QarayerindəVohrer qardaşlarının 2000 hektarlıq torpaq sahəsində nümunəvi kənd təsərrüfatı. Əsas qəsəbələrin iqtisadi yüksəlişi XIX əsrin ikinci yarısında üzümçülük üzrə ixtisaslaşma və şərab, konyak, araq və likörlərin regiondan kənara satışı sayəsində baş verdi. Mühacirlər əslində əvvəldən də üzümdən istifadə edirdilər, lakin 1860-cı illərdə onlar əsasən öz daxili ehtiyacları üçün istehsal edirdilər. Daha yaxşı üzüm növlərinin seçilməsi, zərərvericilərlə mübarizə, gübrələmə və hər şeydən əvvəl yeni çəkilmiş 60 metrədək dərinlikli yeraltı su kanalları vasitəsilə (kəhriz) sulama daha geniş istehsalata keçməyə imkan verdi.


1914-18-ci illər müharibəsi və vətəndaş müharibələrindən doğan çətinlikləri nəzərə almasaq, 1918-ci ilədək (Azərbaycan və Gürcüstan Demokratik Respublikalarının yaranması), o cümlədən 1920/21-ci illərdə (sovetləşmə) bu üzümçülük kəndlərinin inkişafı bu sahədə və bazarda aparıcı rola malik olan ailə müəssisələrinə dayanırdı. Kolonistlər arasında olan bir sıra kiçik istehsalçıların kooperativləri, həmçinin getdikcə artan yerli, rus və erməni şərabçıları və spirtli içki tacirləri onlara qarşı dururdular.


Birinci Dünya müharibəsi başlanan zaman Cənubi Qafqazın bütün alman kəndləri təx. 2,3 mln. vedrə (təqribən 28 milyon litr) şərab istehsal edirdilər ki, bu da Rusiyanın cəmi şərab istehsalının 8,56 faizini təşkil edirdi. Bu, Almaniyadakı orta məhsuldarlığın 14,12% idi. Helenendorfun 12,3 mln. l şərab istehsal edən »Vohrer« və »Hummel« müəssisələri alman koloniyalarındakı kəndlərin şərab satışının demək olar ki, 50%-ni təşkil edirdi. Helenendorfda şəxsi mülklərin dəyəri 9,5 mln. rubl (bunun 5,6 mln. rublu üzüm bağları, 1,1 mln. rublu fabriklər və emalatxanalar idi) olmaqla Katarinenfelddəki mülklərin dəyərindən demək olar ki, iki dəfə yüksək idi.

Sənətkarlıq


Mühacirlər təkcə üzümçülük və ya kənd təsərrüfatı biliklərinə malik deyildilər, onların fəaliyyəti daha çox gündəlik tələbat mallarının bütün sahələrini, eləcə də şərabçılıq məhsulları üçün təchizat və ya kənd təsərrüfatının müxtəlif qollarını əhatə edirdi. Burada kifayət qədər müstəqil iş və istehsalat birliklərindən söhbət gedə bilərdi. Nərdivanlar, tərəzilər, çənlər, yem təknələri, üzüm səbətləri, qısqaclar və müxtəlif sənətkarlıq alətləri istifadə olunur, eləcə geyim və ayaqqabı ilə yanaşı burada istehsal edilirdi. Xarratların, dəmirçilərin, çilingərlərin yaxşı gəlirləri var idi. Üzümçülüyün inkişafı ilə çəlləkçilərə ehtiyac yarandı, rifahın artması ilə yeni evlər və anbarlar tikilməyə başladı.


Müharibələr, dəmir yolunun açılması və neft hasilatı kolonistlərin kəndlərdə istehsal etdiyi məhsullara olan tələbatı kəskin surətdə artıran və eyni zamanda onların satışı üçün yeni yollar açan amillər idi. Meyvə-tərəvəz bağları ordunu quru meyvələrlə təmin edir, 70-ə yaxın araq və şərab fabrikinin məhsulları hərbçilər arasında öz sadiq alıcılarını tapırdı. 13 dəyirmandan alınan unla nəinki koloniyaların ehtiyacları ödənir, həmçinin ordu üçün suxari hazırlanırdı.


Sabunbişirmə emalatxanalarının, pendir fabriklərinin, xarratların, təkərçilərin, dəmirçilərin, çəlləkçilərin və araba ustalarının hər birinin koloniya kəndlərinin çiçəklənməsində öz payı var idi. 170 sənətkardan 64 nəfəri elə Helenendorfda yaşayırdı. Irana qədər olan ərazilərdə əsasən araba ustaları çoxluq təşkil edirdi. Helenendorf və onun qonşuluğunda təkcə ordu üçün nəqliyyat xidməti göstərilmirdi, burada həmçinin o vaxtlar Qafqaz üçün səciyyəvi olmayan dördtəkərli faytonlar düzəldilir və satılırdı. Yalnız Helenendorfda hər biri 600 rubldan olmaqla (Birinci Dünya müharibəsindən öncə təx. 160 rubl) illik 1600-dək istehsal və satış göstəricisi məhsul olmayan dövr üçün nəinki yaxşı əlavə gəlir, həm də miras hüququ olmayan kolonist övladları üçün uğurlu bir peşə idi. Beləliklə, bir tərəfdən mühacirətin qarşısı alına, digər tərəfdən isə koloniyanın biliyi və işçi qüvvəsi qorunub saxlanardı. Kənd təsərrüfatı fəaliyyətinin sənətkarlıq və sənaye ilə tamamlanması icmalarda özünütəminat və eyni zamanda müstəqilliyə zəmin yaratmaqla yanaşı, gələcək inkişafa da yardım edirdi.

Öz aralarındakı yaşam

Inanclı xristianların ailə və icma həyatına meyli alman koloniyalarındakı birgə yaşayışa öz təsirini göstərir və onlar öz xoşbəxtliklərini işdə və möminlikdə axtarırdılar. Eyni zamanda koloniyalardakı qanun 1871-ci ildə ləğv olunana qədər özünüidarə sistemini tələb edirdi. Su təchizatı, dini maarifləndirmə, o cümlədən ümumi orta təhsil və yaxud dispanser xidməti kimi infrastrukturun inkişafı məsələləri birgə müzakirə olunur və icmanın ümumi büdcəsindən maliyyələşirdi.


Hər bir kənddə hücumlar zamanı müdafiə funksiyasını da üzərinə götürən könüllü yanğınsöndürmə xidməti mövcud idi. Alman koloniyalarındakı iqtisadi sıçrayış 19-cu əsrin sonlarından etibarən ictimai və mədəni həyatın da çiçəklənməsinə gətirib çıxardı. Şərabçılar və istehlak kooperativləri kimi iqtisadi birliklərlə yanaşı icma həyatına rəng qatan kilsə xorları, nəfəsli alətlər orkestrləri, eləcə də teatr truppaları yarandı. Yay aylarında asudə vaxtın təşkili kimi yaxın ərazilərə ekskursiyalar sevilirdi. Getdikcə idmana da daha çox önəm verilirdi. Ovçu birliklərilə yanaşı, gimnastika və velosiped birlikləri, yaxud futbol komandaları yaradılmışdı. Bu qruplardan və birliklərdən çoxu Azərbaycan (1920) və Gürcüstan (1921) Sovet ittifaqının tərkibinə daxil olduqdan sonra da öz fəaliyyətlərini davam etdirdilər.

Birgə yaşamaq təkcə mübadilə münasibətləri saxlamaq demək deyil, həmçinin birlikdə çalışmaq deməkdir. Bu həm sənətkarlığa, həm də ev və çöl işlərinə aid idi. Bu yolla yerli əhali fayton düzəltmə sənətini öyrəndi və bu iş, xüsusilə 1854-56-cı illər Krım müharibəsi zamanı nəqliyyat vasitəsi kimi dördtəkərli faytona böyük ehtiyac yarandıqdan sonra bütün Qafqazın şəhərlərinə yayıldı. Foto: Privatsammlung Bischoff

Yerli əhali ilə birgə yaşayış

Kolonistlərin məskunlaşması elə bir vaxtda baş vermişdi ki, Cənubi Qafqazda nə yerli zadəganların titul tanınması, nə də torpağın mülkiyyət münasibətləri hələ aydın deyildi. Yeni mühacirlər, əslində, regionda tamamilə yeni problem deyildi, lakin indiyədək onların inteqrasiyası və ya deportasiyası ənənəvi hüququn prinsiplərinə görə birbaşa aidiyyatlı şəxslər arasında yerində həll edilirdi. Digər yeni mühacirlər kimi (ruslar, ermənilər, yunanlar) almanların da arxasında XIX əsrin ikinci yarısına kimi hərbi xarakterə malik olan Rusiyanın müstəmləkə siyasəti dururdu.
Dini müxtəliflik və təcridedilmə, tarixi və mədəni ənənələrdən xəbərsizlik, fərqli adət-ənənələr ünsiyyət və inteqrasiyaya mane olurdu. XX əsrə kimi müsəlman və alman əhali arasında demək olar ki, heç bir qohumluq əlaqələri yox idi. Birgə yaşayış inkişaf etməli idi. Qafqazlıların qonaqpərvərliyi, marağı və səmimiyyəti, almanların isə torpağın xüsusiyyətləri, iqlim və yerli bitki örtüyü barədə öyrənmək həvəsi birgə yaşayışa təkan verirdi.


Kənd xronikası və xatirələrdə bildirilir ki, kolonistlər kənd təsərrüfatı və yaşayış baxımından „yerli xalqların adət-ənənələrinə" riayət edirdilər. Yaşayış və iqtisadi inkişaf üçün həlledici olan ənənəvi şərq suvarma sisteminin mənimsənilməsi idi: iranlı ustaların köməyilə kəhriz qurğularının inşası vasitəsilə dağlardan gələn qrunt suları qəsəbələrdəki təbii enişlərə birləşdirildi. Eləcə də körpü tikintisi, üzüm növlərinin calaq edilməsi, meyvələrin konservləşdirilməsi məsələlərində, ümumiyyətlə qidalanmada yerli təcrübə öyrənildi. Digər tərəfdən də, bu vaxtadək adətən heyvan dərilərində, yaxud səhənglərdə saxlanan şərab və spirtli içkilər indi alman kolonistlər tərəfindən çəlləklərdə yayılırdı.


Şəhər həyat tərzi və koloniyalarda artan rifah ona gətirib çıxardı ki, mövsümi işlərdə yardım etmək üçün əlavə işçi qüvvələri cəlb olundu və almanların ətrafında çox vaxt etnik əsasla şərtlənən iş bölgüsü həyata keçirildi. Digər tərəfdən koloniyalardakı qadınlar qış mövsümündə bəzən ev işləri üçün şəhərlərə gedirdilər. Mübadilə sovetləşməyə qədər seçilmiş bir dairədə və ümumi iş dünyasında məhdudlaşırdı. Əsr dəyişənədək alman dili əsas ünsiyyət vasitəsi olaraq qaldı, kolonistlərdən üçdə biri, müsəlman və gürcü əhalinin isə cəmi on faizi rus dilində başa düşürdülər. Alman həyətlərində doğulanlar alman dili ilə böyüyürdülər. Bu fikrə də əsaslanmaq olar ki, müxtəlif etnik qruplar arasında anlaşma şvab almancası, rus, gürcü və azərbaycan dillərinin qarışığından ibarət olan „danışıq dilində" gedirdi.

Şəhər həyatı

Bu günkü Ağmaşenebeli küçəsində Wetzel oteli. Foto: Dimitri Ermakov, Georgisches Nationalmuseum (Ermakov-Filmarchiv)

 


Indiki Didube ərazisində yerləşən və kənd təsərrüfatı yönümlü olan Aleksandersdorf koloniyası və Kukia ərazisində yerləşən Yeni Tiflis sənətkarlar qəsəbəsi Cənubi Qafqaza 1818-ci ildə ilk mühacirlər gəldikdən sonra Mtkvarinin (Kür çayı) sağ sahilində yaradılıb. 1862-ci ildə Tiflis şəhərinə birləşdirilmiş Yeni Tiflisdə XIX əsrin ikinci yarısında hazırki Ağmaşenebeli küçəsi adlanan Mixail prospekti boyunca saysız-hesabsız sənətkarlıq və xidmət müəssisələri, xüsusi mağazalar, apteklər, otellər yarandı. Sürətlə inkişaf edən şəhər Siemens & Halske kimi aparıcı şirkətləri, eləcə alman alimlərini, mədəniyyət və incəsənət xadimlərini, memarları cəlb etməyə başladı.


Albert Salzmann, Leopold Bielfeld, Joseph Ditsmann (1878–1923) digər Avropalı memarlarla birlikdə XX əsrin əvvəllərində müasir Tiflisin görünüşünə həlledici təsir göstərdilər. Danziqdə anadan olmuş təbiətşünas Gustav Radde (1831–1903) 1865-ci ildə yaradılmış və 1867-ci ildə açılmış Qafqaz Muzeyinin yaradıcısı və direktoru olmuşdur. Cənubi Qafqazda ilk rəsədxananı 1850-ci ildə Arnold Moritz (1821–1902) yaratmış, Botanika Bağı 1861-ci ildən Heinrich Scharrerin (1828–1906) rəhbərliyi altında tərtib olunmuşdur. Musiqi və ədəbiyyat sahəsində də almanlar öz izlərini qoymuşlar: Berlinli musiqi professoru Franz Kessner (1851–1930) 1881-ci ildə ilk peşəkar kvarteti quraraq sonradan konservatoriyanın ilk professoru olmuşdur. Ədəbiyyatçılar arasında Friedrich von Bodenstedtlə (1819–1892) yanaşı Arthur Leist (1852–1927) da seçilirdi. Çox sayda romanlarla yanaşı gürcü dastanı „Pələng dərisi geymiş pəhləvan"ın ilk tərcüməsi də ona aiddir. Bununla yanaşı o, Cənubi Qafqazda ilk almandilli qəzet olan „Kaukasische Post"un baş redaktoru vəzifəsini də üstlənmişdir.


Boris Vogel (1872–1961), Richard Karl Sommer (1866–1939), Max Tilke (1869–1942) və ya Theodor Horschelt (1829–1871) kimi bir çox alman rəssamları Ti­flisdə yaşayır, ya da Qafqaz boyu səyahət edirdilər. Rəssam və karikaturaçı Oskar Schmerling (1863–1938) öz karikaturalarında Qafqazın gündəlik həyatını yumorla təsvir edir və regionun demək olar ki, bütün satirik qəzetlərinə və jurnallarına öz təsirini göstərirdi. O, XIX əsrin sonlarında neft bumu nəticəsində həddən artıq böyümüş Bakının da gündəlik həyatı barədə eskizlər hazırlayırdı.

Şərabla neft arasında


Mühacirət edərək rus təbəələrinə çevrilən alman kəndliləri və rus təbəələri kimi hərbidə və Qafqaz idarəçiliyində mühüm vəzifələri tutan Baltikyanı almanlar kimi alman əsillilərlə yanaşı XIX əsrin son onilliyində Cənubi Qafqaza çox sayda Qərbi Avropa tacirləri və sahibkarları da gəlməyə başladı. Hələ 1864-cü ildə Tiflis Quberniyasında 298 "avropalı" siyahıya alınmışdı, onlardan təqribən 200 nəfəri alman idi. 1914-cü ildə təkcə Bakıda artıq təqribən 4000 alman var idi. Onlar rahat şəkildə şəhər təbəqələri və çiçəklənən sənayeni mallar və xidmətlərlə təchiz edirdilər.


Çox vaxt bir-birilə əlaqəli olan üç sahədə ən mühüm ticarət fəaliyyətləri inkişaf etdi: infrastruktur (kommunikasiya, nəqliyyat, elektrikləşmə) inkişafında, neft sənayesinin xidmət sahələrində (alət və maşınqayırma) və xammal sənayesində (mis, manqan, neft). Eyni zamanda Bakıda alman-isveç lüteran icması və alman birliyinin ətrafında müstəqil ruhani-mədəni həyat formalaşdı ki, onun da mərkəzini 1899-cu ildə təqdis olunmuş keşiş evi ilə kilsə təşkil edirdi. Alman kolonistlərinin həyatı ilə təmas nöqtələri hər şeydən öncə qəsəbələrdən olan xidmət və məhsullar, məs. Bakıda Vorherin keqel oyunu olan şərab və pivə bağı, yaxud da Helenendorf yaxınlığında yerləşən Hacıkənd istirahət mərkəzinə səfərlər vasitəsilə həyata keçirilirdi.


1914-cü ilə qədər Bakıda əhalinin sayı 14000 (1863) nəfərdən 240 000 nəfərə qədər artmışdı. Bu və neft sahəsində artmaqda olan sərvət inşaat bumu yaratdı ki, bu günə qədər də onlar şəhər mərkəzində "təsisçi tikililəri" əks etdirir. Onların sahibləri su, elektrik və telefon xətlərinə, o cümlədən təchizatın Avropa standartlarına cavab verməsinə böyük önəm verirdilər. Alman mallarına və sənətkarlarına tələbat var idi. Bakı həmçinin bir səyahət məntəqəsinə də çevrilmişdi, burada mərkəzi telefon stansiyasının yaxınlığındakı "Berlin" mehmanxanasında, qadınlardan ibarət orkestrin çıxış etdiyi "İmperial" mehmanxanasında, yaxud da dəbdəbəli "Germania" və "Avropa" evlərində gecələmək mümkün idi.


Birinci dünya müharibəsinin başlanması bu inkişafa son qoydu. 1915-ci ildə qəbul edilmiş xüsusi qanunvericilik aktları ilə düşmən dövlətlərin (Avstriya, Almaniya, Macarıstan, Türkiyə) vətəndaşlarının sahibkarlıq fəaliyyətlərinə qadağa qoyuldu. Onların torpaq üzərində sahibkrlıq hüququ əllərindən alındı, daşınan və daşınmaz əmlak hüququ məhdudlaşdırıldı, onların kapital, qiymətli və dividentli kağızlardan istifadə hüquqları qeyri-müəyyən müddətə dayandırıldı.

»Milyonçu şərab istehsalçısı olan Vohrer ailəsinin gözəl vətənində gedən əsl Şvabiya qəhvə döyüşündən sonra biz, həmin yerlər boyu bir gəzinti təşkil edərək böyük şərab zirzəmilərindən birinə baş çəkdik. […] İki ildən bəri idi ki, Qafqaz şərabçıları məhsullarını sata bilmirdilər, çünki Rusiyaya satış imkanı yox idi.» Sitatın mənbəyi: Mənim Qafqazdakı missiyam (1943) Kressenştayn baronu Friedrich Kress, Qafqazdakı alman hərbi missiyasının rəhbəri Foto: Wikimedia Commons

Fasilələr Tarixi dönüşlər


Birinci dünya müharibəsinin başlanması Rusiyada yaşayan bütün almanlara birbaşa təsir etdi. 1915-ci ilin ləğvetmə haqqında qanunları ilə Rusiyanın qərbində almanların mövcudiyyət təməllərinə məqsədli şəkildə hücumlar edildi. 1916/1917-ci illərdən bu Cənubi Qafqaza qədər yayıldı. Buna baxmayaraq Yelizavetpol qubernatorunun müdaxilələri bunun qarşısını aldı və 1917-ci il oktyabr inqilabı nəhayət Çar Rusiyasının mövcudluğuna son qoydu.

 

Brest-Litovsk sülhündən sonra Rusiya dünya müharibəsindən geri çəkildi. İlk öncə Cənubi Qafqaz şurası yaradıldı və 1918-ci ilin aprel ayında qısamüddətli Zaqafqaziya Federasiyası meydana gəldi. Sonra Gürcüstan 26 may 1918-ci ildə federasiyanı tərk etdi və paytaxtı Tbilisi olan Gürcüstan Demokratik Respublikasını elan etdi. Bundan ikicə gün sonra Ermənistan və Azərbaycan Demokratik Respublikaları da yarandı. Almaniya müqavilə əsasında Gürcüstanı Osmanlı hücumundan qorumağa təminat verdi, əvəzində isə Gürcüstan ərazisində Çiatura bölgəsindəki manqan yataqlarına və Bakı neft yataqlarına tranzit əldə etməyi tələb edirdi. Alman kolonistləri və sahibkarları da Almaniyanın yardımından istifadə edə bilməli idilər. İyun ayında Kressenştayn baronu Friedrich Kressin (1870–1948) rəhbərliyi altında 3000 nəfərdən ibarət güclü bir ekspedisiya qrupu Potiyə gəldi. O, 24 iyun 1918-ci ildə Tbilisiyə çatdı. Nəticədə ölkədə bir çox alman qarnizonları quruldu. Şulenburg qrafı Friedrich-Werner (1875–1944) Gürcüstanda ilk alman səfiri oldu. 1918-ci ilin oktyabr ayından etibarən birinci dünya müharibəsindən məğlub ayrılan alman hərbçiləri Qafqazdan geri çəkildilər. Qızıl ordunun irəliləməsi nəticəsində müstəqil respublikaların da sonu gəldi. Böyük şirkətlər dövlətin hesabına keçirildi və yeni yaranan şərab kooperativləri "kollektiv mülkiyyətə" çevrildi.

Nəfəs dərmə

Kollektivləşdirməyə çağırış. Foto: Staatliches Historisches Fotound Filmarchiv Baku

Azərbaycan və Ermənistan burjua-demokratik respublikalarının (1920) və Gürcüstanın (1921) sovetləşdirilməsi ilə dövlət hakimiyyəti bolşeviklərin əlinə keçdi. Hər üç respublika Zaqafqaziya Sovet Federasiya

sının tərkibində (1936-cı ilə qədər) 1922-ci ildə qurulan Sovet Sosialist Respublikaları İttifaqının bir hissəsi oldu. Dövlət xeyrinə özgəninkiləşdirilməsinə baxmayaraq alman kənd icmaları sovetləşmənin ilkin vaxtlarında iqtisadi cəhətdən uğurlu idilər. Bunun üçün çevrə şərtlərini 1920-ci illərin Yeni İqtisadi Siyasəti (YİS) yaradırdı. YİS nəinki etnik azlıqlara qarşı tolerantlıq tələb edir, həmçinin onların dillərini və mədəniyyətlərini də təşviq edirdi və I dünya müharibəsinə qədər onsuz da mövcud olan kooperativ təsərrüfat modelini yayırdı. Koloniyalarda böyük ailə şirkətlərinin qiymət diktə etməsinin qarşısını almaq və ən əsası böyüyən texnoloji tələblərə cavab verə bilmək üçün, "Yardım" (1903 Helenendorfda), "Həmrəylik" (1905 Annenfelddə), "Konkordiya" (1908 Helenendorfda) və "Birlik" (1908 Katarinenfelddə) kimi bir sıra şərabçılıq kooperativləri yaradıldı. Bu kooperativlərin nizamnamələrində həm şərabçıların zəruri iqtisadi və tələbat malları ilə təchizatı, həm də üzümün birgə emalı və məhsul satışı nəzərdə tutulurdu. 1916-cı ildə "Konkordiya" artıq 180 090 rubl gəlir əldə etmiş və bununla da bütün şərabçılıq birlikləri arasında ən uğurlusu olmuşdu ki, bu hal da onun sovetlər tərəfindən ləğv edilməsindən sonra 1920-ci ildə kollektiv şəklində yenidən qurulması üçün böyük rol oynamışdı. Böyük şirkətlərin əmlakı, eləcə də törəmə qəsəbələrin mal və qurğuları indi "Konkordiya" və "Birlik" istehsalat və satış şəbəkələrinə daxil olmuşdu.


1918-ci ildə birinci addəyişmədən sonra toponimlər çox dəyişildi – məsələn, Katarinenfeld "Luksemburq" oldu, lakin kommunist ideologiyasına qarşı müqavimət qaldı. Bu və həm də artan rifah alman əsilli sakinlərə artıq tezliklə "qolçomaqlar" kimi şöhrət qazandıracaqdı. Kooperativlərin hələ nümunəvi kollektiv təsərrüfatları kimi üstün tutulduğu müddətdə 1926-cı ildə "Konkordiyanın" Gottlob Hummel, Heinrich Vohrer, Robert Ohngemach, Otto Zaiser, Fritz Reitenbachdan ibarət idarə heyətinə qarşı ilk proses baş tutdu. İddialar bu cür səslənirdi: kooperativ örtüyü altında qolçomaqların mülkiyyətinin qorunması yolu ilə əks-inqilabi və milliyyətçi fəaliyyət, eləcə də gənclərin germanist ruhda tərbiyə edilməsi. 1928/1929-cu illərdə keçmiş rəhbər kadrların demək olar ki, hamısının kənarlaşdırılmasından və qismən də həbs edilməsindən sonra bir qrup insan 1929-cu ilə qədər Almaniyaya getmə şansından yararlana bildi. 1930-cu il mart ayının 30-da Helenendorfda kəndlilərin diskriminasiyası və məcburi kollektivləşdirmə əleyhinə nümayişin baş verməsi artıq çiçəklənmə dövrünün sona yetməsindən xəbər verirdi.

Qara günlərBakı evangelist-lüteran kilsəsinin Kirovun heykəlinin düzəldilməsi üçün emalatxanaya çevrilməsi. Dövlət və kilsənin ayrılması və bütün dini icmaların formal olaraq bərabər tutulması 1918-ci ildə »kilsənin dövlətdən ayrılması və məktəbin kilsədən ayrılması haqqında qanun« ilə aparıldı. Bu qanunun qüvvəyə minməsi ilə dini icmalar həmçinin torpaq sahəsi, binalar və dini incəsənət nümunələrinə sahib olmaq hüququndan da məhrum edildilər. 8 aprel 1929-cu il »dini işlər haqqında qanun « ilə onların fəaliyyətinə, sadəcə dövlət tərəfindən verilən binalarda dövlət orqanlarının nəzarəti altında dini ayinlərin icrası istisna olmaqla məhdudiyyət qoyuldu. Foto: Staatliches Historisches Foto- und Filmarchiv Baku

Birinci dünya müharibəsi ərəfəsində Çar Rusiyasında 2,4 milyon alman var idi. Onların əsas hissəsi alman əsilli rus təbəələr idi. Ərazilərin bölünməsindən, vətəndaş müharibəsindən və mühacirətlərdən sonra 1926-cı ildə hələ 1 238 549 nəfər alman milliyyətli sovet vətəndaşı qalırdı ki, onların da 25327 nəfəri Cənubi Qafqazda yaşayırdı. Alman əsilli vətəndaşların ümumi sayı Volqa boyu ərazilərdə və Ukraynada aclığın tüğyan etməsi, eləcə də Bakıda sənayeləşmənin artması (Bakı neft sahələri) səbəbindən 1920/1930-cu illərdə gələnlərin hesabına artsa da, koloniya əhalisinin sayı doğulanların sayının aşağı olması, geriyə mühacirət edənlər və təqiblər nəticəsində inkişaf etmirdi. 1928-ci ildə 3000 Bakılı almandan 2500-ə qədəri Volqa boyu ərazilərdən gəlmələr idi. Alman qəsəbələrində 1915/1916-cı illərdə Cənubi Qafqaz üzrə icraat müddəaları ilə ləğvetmə qanunlarını təzəcə tətbiq etmişdilər ki, 1926, 1930, 1933 və 1935-ci illərdə koloniyanın bütün alman əhalisinin 15 faizini cənginə alan həbs etmələr və proseslər başladı. Təkcə 1935-ci ildə Annenfeld və Helenendorfdan olan 600 ailə casusluq ittihamı ilə Şərqi Kareliyaya sürgün edildi.


Artıq 1920-ci illərdən alman keşişləri təqib olunmağa başladı, 1934-cü ilin dekabr ayında yeni həbs dalğası tətbiq olundu. 1936/1937-ci illərdə ruhani mərkəzlər olan kilsələr tamamilə bağlandı, 1938-ci ildə koloniyalarda məktəb təhsilində məcburi dəyişikliklər baş verdi. Artıq 1920-ci illərdən bəri sovet partiya və təhlükəsizlik orqanları almanları xüsusi diqqətlə müşahidə edir və şəxsi işlər hazırlayırdılar. 1933-cü ildən Tbilisidə və 1937-ci ildən Bakıda şəhərlərdə yaşayan almanlar haqqında aktual siyahılar tərtib edildi və 1935-ci ildə bütün alman əsilli işçi və fəhlələrə Almaniyada yaşayan qohumları haqqında məlumat əldə etmək üçün sorğu vərəqələri paylanıldı. İşdən qovulmalar və həbslər, icbari iş və güllələnmələr bir-birini əvəz edirdi.

Ümidsizlik içində

Almanların Sovet Ittifaqına hücumundan dərhal sonra SSRİ Ali Sovetinin rəyasət heyəti, bütün almanların potensial düşmən olması və onların mərkəzi Asiya və Sibirə sürgün olunması barədə sərəncam verdi. 8 oktyabr 1941-ci ildə "almanların Gürcüstan, Azərbaycan və Ermənistan SSR-dən köçürülməsi haqqında" qanunla Gürcüstandan 23580, Azərbaycandan 22741 və Ermənistandan 212 nəfər şəxs köçürüldü, 1842 nəfər şəxs isə "antisovet ünsür" kimi həbs olundu.

1941-ci ilin 15-30 oktyabrına qədər bütün şəxslər hərbçilərin nəzarəti altında özlərinin "daşına bilən kiçik yük"lərə qədər bütün əmlaklarını təhvil verməli idilər. Onlar Tbilisi, Bakı, Gəncə və Krasnovodsk üzərindən Qazaxıstana deportasiya edildilər. 1941-ci ilin 25 dekabrına qədər müvafiq olaraq 20527, 24133 və 433 nəfər şəxs getdi. Minlərlə kilometr məsafəni həftələrlə gəmilərlə, dəmir yolu ilə qət etdikdən sonra 1941-ci ilin oktyabr – noyabr aylarında Gürcüstandan gedən almanlar əsasən Cambul, Alma-Ata, Pavlodar, Semipalatinsk və cənubi Qazaxıstan əyalətlərinə, Azərbaycandan gedənlər Akmolinsk, Kustanay və digər şərqi Qazaxıstan ərazilərinə və Ermənistandan gedənlər isə Pavlodara yerləşdilər. Qafqazda sadəcə qeyri-alman millətlərə ərə gedən alman qadınları qala bilərdilər. Ataları alman və anaları qeyri-alman olan uşaqlar 16 yaşa qədər analarının yanında qala bilər, sonra isə deportasiya edilirdilər.

Ümidsizlik içində

Almanların Sovet Ittifaqına hücumundan dərhal sonra SSRİ Ali Sovetinin rəyasət heyəti, bütün almanların potensial düşmən olması və onların mərkəzi Asiya və Sibirə sürgün olunması barədə sərəncam verdi. 8 oktyabr 1941-ci ildə "almanların Gürcüstan, Azərbaycan və Ermənistan SSR-dən köçürülməsi haqqında" qanunla Gürcüstandan 23580, Azərbaycandan 22741 və Ermənistandan 212 nəfər şəxs köçürüldü, 1842 nəfər şəxs isə "antisovet ünsür" kimi həbs olundu.

1941-ci ilin 15-30 oktyabrına qədər bütün şəxslər hərbçilərin nəzarəti altında özlərinin "daşına bilən kiçik yük"lərə qədər bütün əmlaklarını təhvil verməli idilər. Onlar Tbilisi, Bakı, Gəncə və Krasnovodsk üzərindən Qazaxıstana deportasiya edildilər. 1941-ci ilin 25 dekabrına qədər müvafiq olaraq 20527, 24133 və 433 nəfər şəxs getdi. Minlərlə kilometr məsafəni həftələrlə gəmilərlə, dəmir yolu ilə qət etdikdən sonra 1941-ci ilin oktyabr – noyabr aylarında Gürcüstandan gedən almanlar əsasən Cambul, Alma-Ata, Pavlodar, Semipalatinsk və cənubi Qazaxıstan əyalətlərinə, Azərbaycandan gedənlər Akmolinsk, Kustanay və digər şərqi Qazaxıstan ərazilərinə və Ermənistandan gedənlər isə Pavlodara yerləşdilər. Qafqazda sadəcə qeyri-alman millətlərə ərə gedən alman qadınları qala bilərdilər. Ataları alman və anaları qeyri-alman olan uşaqlar 16 yaşa qədər analarının yanında qala bilər, sonra isə deportasiya edilirdilər.

Günah və tövbə

Sovet almanları hələ ikinci dünya müharibəsindən uzun müddət öncə dil qohumluğu və Almaniya ilə əlaqələri səbəbi ilə "etibarsız" və "potensial düşmən" kimi təbəqələndirilmişdilər. Beləcə ikinci dünya müharibəsi hadisələri də tamamən fərqli insanların taleyini faciəvi tərzdə birləşdirirdi:
1939-1941-ci illərdə 28 sentyabr 1939 tarixli Alman-Sovet sərhəd və dostluq müqaviləsi və onun əlavə protokolunda "alman xalqı" olaraq dəyərləndirmə səbəbi ilə mühacirət etməyən, yaxud da müharibə hadisələrindən əzilməyən bütün alman əsilli sovet vətəndaşları "düşmənlə əməkdaşlıq etmə vasitəsilə xalq təqsiri" ittihamı ilə 1941-ci ildə SSRİ-nin Avropa hissəsindən sürgün edildilər. Günahsız əhali öz vətənlərini itirdi, haqları alındı və cinayətkar elan edildilər.

Təqribən 1,1 milyon sovet almanının müharibə hadisələrində tamamilə iştiraksız qalmaqla Sibir və mərkəzi Asiyada 1955-ci ilə qədər de-fakto olaraq məcburi işçi və xüsusi emiqrant kimi rəftar gördükləri zamanda, müharibə səbəbi ilə reyx imperiyasının almanları SS-xüsusi birliklərinin və silahlı qüvvələrinin əsgərləri və müharibə əsirləri kimi Qafqaza gəldilər. Artıq 1942-ci ildə Şimali Qafqazda alman ordusunun hücumu dayandırıldı; Qafqaz cəbhəsinin əsirlər üçün ilk əsir düşərgəsi quruldu. 1943-cü ildə əsirlər cənub hissəsindən də gəldilər, 1944-cü ildə mərkəz və Rumıniyadakı ordu qruplarının dağıdılması ilə güclü axınlar baş verdi. 1945-ci ildə onların ardınca kapitulyasiya əsirlərinin böyük kontingenti gəldi. Dağ-mədən işləri, neft hasilatı, Rustavi sənaye şəhərinin və Mingəçevir su anbarının qurulması, küçələrin, evlərin, körpülərin inşası, fabriklərdə, su elektrik stansiyalarında, limanlarda, taxta-şalban zavodları və karxanalardakı fəaliyyətlər, "almanların" Gürcüstan, Ermənistan və Azərbaycanda olan xatirələrinin və cənubi Qafqazdakı izlərinin tamamilə ayrı bir fəslidir. Lakin nasist Almaniyasının müharibə təqsiri, təbii ki, bununla ödənilmiş sayılmadı.

Yeni başlanğıc

1950-ci illərdən bəri mütəmadi olaraq »Qafqaz almanları «nın görüşləri keçirilir (bu Mittenvalddadır) və burada onlar məlumat və xatirələrini bölüşürdülər. Foto: Familienarchiv Vohrer

1 aprel 1949-cu ildə sovet gizli xidmət orqanlarının nəzarəti altında iki milyondan artıq mühacir, repatriasiya olunan və köçkün (onların arasında təqr. bir milyon alman, 400 000 çeçen və inquş, 60 000 karaçay, 30 000-dən artıq balkar, 77 000 kalmık, təqr. 200 000 Krım tatarı, yunan, erməni və bolqar, 80 000 hemşinli, türk və kürd) var idi. Stalinin ölümündən sonra hissə-hissə qruplar amnistiyaya düşürdülər. ATƏK prosesinə və saysız etirazlara baxmayaraq sovet rəhbərliyi hələ 1987-ci ilə qədər Almaniyaya kütləvi qayıdışa qarşı çıxırdı. Müvafiq olaraq almanlar hələ 50 ildən artıq mərkəzi Asiya və Sibirin təhsil, əmək və həyat şərtlərindən asılı qaldılar. 1941-ci ildən bəri xarici kadrlar üçün xüsusi məktəblər istisna olmaqla, alman dili dərslərinə getmək artıq mümkün olmadı. Alman dili 1956-cı ilə qədər ictimai məkandan uzaq qaldı, ənənəvi almandillilər birlikləri dağıdılmış, alman dilində ruhanilik sadəcə gizli şəkildə mümkün idi. 1960-cı illərdə ailələrin, qohumların yenidən bir-birlərini SSRİ daxilində tapmaları, təhsil və iş yerləri axtarışı, mənzil şərtlərinin yaxşılaşması formasında həyatın "normallaşması" baş verdi. Şəhər iş dünyaları və qeyri almanlarla artan evliliklərin sayı rus dilli məkana inteqrasiyanı asanlaşdırırdı. 1926-cı ildə bütün almanların 95%-i, 1989-cu ildə isə sadəcə 48,7% SSRİ daxilində alman dilini ana dili kimi öyrənirdi.


Artıq 1960-cı illərdən başlayaraq səfər və xarici səyahətlər istisna hallarda mümkün oldu. Lakin yalnız 1 yanvar 1987-ci ildə qüvvəyə minən, SSRİ ərazisinə giriş-çıxışı tənzimləyən yeni bir qanunun qəbul edilməsi ilə sovet almanları da xarici pasport və sərbəst giriş-çıxış hüququ əldə etdilər. 14 noyabr 1989-cu ildə SSRİ Ali Soveti tərəfindən deportasiya qanuna zidd hərəkət və cinayətkarlıq olaraq dəyərləndirildi. 1987 və 1990-cı illər arasında SSRİ ərazisindən çıxanların sayı 753-dən 147950 nəfərə çatdı. Almaniyanın yenidən birləşməsi və SSRİ dağıldıqdan sonra bir daha sıçrayışlı bir gəlmə artımı müşahidə olundu. 2015-ci ildə "Rusiya almanlarının" AFR-dakı sayları 2,5 milyon nəfər idi. 1987-ci il də daxil olmaqla o vaxta qədər aydın məsələ idi ki, sonradan geri dönənlər ailə üzvlərinin qaldığı yerlərə köçə bilərdilər. Lakin geri dönənlərin sayı artdıqca, qəbul etmə hazırlığı aşağı düşürdü. Köçkünlərlə bağlı qanuna edilən çoxsaylı dəyişikliklər və sərt əlavə qanunlar MDB dövlətlərindən gələn illik on min köçkünün sayını azaltdı.

4-cü nəsil

Tiflis və Bakıya qədər gedib çıxan saysız nigah əlaqələri ilə bir çox koloniya ailələri bir-birləri ilə qohumluq əlaqələrində olduqlarından, burada bəzi təmsilçilərinin taleləri XIX əsrdən XXI əsrə qədər Qafqaz almanlarının tarixi üçün əvəzedici rola malik olmalı idi. Azərbaycandakı Helendorf/Xanlar, bu günkü Göygöl rayonu ərazisi ən böyük, iqtisadi cəhətdən ən mühüm təsirə malik üzüm koloniyası idi. Vohrer ailə şirkəti ilə yanaşı "Hummel"-in də adı beləcə çəkilir. Onların əcdadları təkcə üzümçülük və ticarətlə məşğul olmayıb, həmçinin icma rəhbərləri və müəllimləri olmuşlar. Siyahıda Roytlinger mühacirləri arasında iki Johann Hummel var idi, hər halda Qafqaz almanlarının Almaniya imperiyasındakı nümayəndəsi - Theodor Friedrich Hummel (1869–1944), Johann Heinrich Hummel (1780–1835) – "Şüşəçi Hummel" xəttinə aiddir. Həmin Hummelin 1938-ci ilə qədər 400-ə qədər varisi mövcud idi.


Mühacir Johann Heinrich Hummelin məşhur varisi, müəllim və vətən tədqiqatçısı Jacob Johannes Hummel (1893–1946) olmuşdur. Məktəbi Helenendorfda bitirdikdən sonra o, 1910-1914-cü illərdə Tiflisdə Aleksandrov müəllimlər institutunun təbiətşünaslıq-tarix fakültəsində əyani, Sankt Peterburq universitetinin təbiətşünaslıq-tarix fakültəsində isə qiyabi təhsil almışdır. 1923 və 1924-cü illərdə o, Azərbaycan xalq komissarlığının adından təhsilini Almaniyada davam etdirir. Geri qayıtdıqdan sonra o, özünü doğma yerlərin tarix və etnoqrafiyası ilə yanaşı, həm də flora və faunasına da həsr edir. Onun bu günkü Gəncə şəhəri ərazisində apardığı tədqiqatın nəticəsi, 1927-ci ildə diyarşünaslıq muzeyinin açılması oldu. "Qolçomaqsızlaşdırma" yolunda Hummel 1933-cü ildə dövlət polisi (OQPU) tərəfindən guya Almaniyaya casusluq ittihamı ilə həbs olundu və altı ay Bakı həbsxanasında "istintaq həbsində" işgəncəyə məruz qaldı. "Yetərsiz sübut" səbəbi ilə buraxılmasına baxmayaraq, artıq o mənən sınmış, sarsılmış və içinə qapanmışdı. İndi o, özünü büsbütün elmə həsr edirdi. Təqribən on il ərzindəki sonrakı dövrdə Hummel, aralarında iki ədəd şah qəbri də olan təqribən 150 kurqan qəbirləri aşkar edir və onları təsvir edir. Arxeologiya sahəsində 80-nə yaxın elmi məqalə və monoqrafiya (1940), Azərbaycan ali məktəbləri üçün bir dərs vəsaiti onun adından dərc olundu. 1941-ci ilin oktyabr ayında deportasiya edildi, 1946-cı ilin 16 aprel tarixində Novıy-Koluton şəhərində vəfat etdi. Bu günə qədər o, müasir Azərbaycan arxeologiyasının banilərindən biri hesab edilir.

Xatirələr


Deportasiyadan sonra alman mənşəli mühacirlərin yalnız az bir hissəsi vətənlərində qala bildilər. Onlar da əsasən qafqazlıya, yaxud da rusa ərə gedənlər idilər. Keçmiş kolonistlərin kənd və şəhərlərdəki evləri dərhal siyasi kadrlar və oraya köçmüş Qafqaz xalq qrupları tərəfindən tutuldu. Stalinin 1948-ci il qərarına əsasən, Qazaxıstan və Sibirdəki "xüsusi qəsəbə" sakinlərinin geri qayıtması barədə heç söhbət belə gedə bilməzdi. Buna rəğmən almanlar Qafqaza yenidən qayıtdılar, lakin 1950-ci ildə sovet gizli xidmət orqanları tərəfindən yenidən həbs olundular. Yalnız 1972-ci ildən etibarən almanlar, əsasən peşə sahibi olanlar üçün müəyyən bir geri qayıtma hüququ tanındı. 1979-cu ilə qədər 2000 mühacir alman yenidən Gürcüstana qayıtdı. Onlardan daha öncə Azərbaycanda məskunlaşmış olanları Gürcüstan SSR və Azərbaycan SSR arasında sərhəd ərazilərə - Tbilisidən 35 km aralı Qardabani rayonuna məskunlaşdılar. Tbilisini tərk etməli olan almanlar Rustavidə qaldılar.


Qazaxıstandan qayıdanlardan biri də İrma Weiss idi. O, valideynləri ilə yenidən Gürcüstana qayıdır. Onlar öz köhnə mənzillərinə köçmək hüququna malik deyildilər. Buna görə də nənəsi və digər qohumlarının evində qalırdılar. Ailə heç vaxt Gürcüstana assimilyasiya ola bilmədi. Hətta 1905-ci ildə Tiflisdə anadan olan, 1935-ci ildə həbs olunan və nəhayət deportasiya olunan Frieda Mayer-Məlikova da keçmiş xarici dilli müxbir kimi artıq 1962-ci ildə Gürcüstana qayıda bilərdi. 1997-ci ildən 2015-ci ilə - ölümünə qədər o, Baden-Vürttemberqdə yerləşən Şorndorfda yaşadı. Onun acı taleyi haqqında, "Siyasətin dəyirman daşları arasında keçən bir həyat" adlı bir kitab yazılır. Arnold Reberin "Adsız qadın" adlı romanında olduğu kimi, ailə araşdırması ilə yanaşı ədəbi işləm də, Qafqaz almanları arasında xatirə strukturunun mərkəzi vasitəsi olub və belə də qalacaq.

Nələr qalır?

1990-cı illərdən bəri Gürcüstan, Azərbaycan və Almaniyada alman mədəniyyət mirasının qorunmasına, Alman-Qafqaz əlaqələrinin təşviqinə və əməkdaşlığın inkişafına maraq olmuşdur:
1991-ci il Tbilisidə "Birləşmə" birliyinin əsasının qoyulması.

1995-ci ildə Bakı "Dirçəliş" cəmiyyəti, Azərbaycan evangelist-lüteran icması, Göttingen əmək dairəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində "Qafqaz almanlarının tarixi və mədəniyyətinin araşdırılması üzrə işçi qrupun" yaradılması. Azərbaycan hökuməti Göygöldəki (Helenendorf) bina abidələrinin qorunmasına qoşulmuşdur.
1997-ci ildə Bakıda, əsasən Göte institutu tərəfindən maliyyələşdirilən Alman-Azərbaycan mədəniyyət evinin – Kapellhausun yaradılması; burada mədəniyyət tədbirləri keçirilir, əsasən də alman milad bazarı məşhurdur.
1998-ci ildə keşiş Gert Hummelin Tbilisiyə gəlişi. Saarbrükendəki evinin satışından gələn gəlirlə o Tbilisidə "barışıq kilsəsi" tikdirir.
2001-ci ildə Kapellhausda "Alman tədqiqatçı səyyahlar, kolonistlər və sahibkarlar" başlığı altında ümumi sərginin açılışı keçirilir.
2008-ci ildə Göygöldə GTZ (indi GİZ) tərəfindən və federal hökumətin maliyyə yardımı və "EuroKauKasia" mədəniyyət və elm birliyinin dəstəyi ilə, saysız Qafqaz almanlarına aid olan Müqəddəs Johannis kilsəsində işlərin bitməsi və onun bərpası. Göygöl və Şəmkirdə (Annenfeld) yaşayış evlərinin bərpasına başlanması.
2010 Tbilisidə Alman beynəlxalq məktəbinin açılışı; 2016-cı il öz binasının inşasının bitməsi münasibəti ilə şənlik.

2012-ci il. Gürcüstanın müxtəlif yerlərində özünü göstərən, iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü münasibəi ilə Tbilisidəki Almaniya səfirliyi, Gürcüstan Milli Muzeyi və Prussiya Mədəni İrsi Fondu tərəfindən keçirilən "Almanlar və gürcülər – orta əsrlərdən bu günə qədər" birgə sərgisi.
1906-1922-ci illərdə Tbilisidə nəşr olunan almandilli qəzet "Kaukasische Post" 2012-ci ildə yenidən iki aylıq fasilərlə nəşr olunmağa başladı.

2014-cü ildə Cənubi Qafqazda alman mədəni irsinin qorunması üzrə Tbilisidə qurulan birlik. Bu birlik Gürcüstanın mədəniyyət abidələrinin qorunması adına onların inventarlaşdırılmasının qeydinə qalır.
2015/2016-cı illərdə, EuroKauKasia tərəfindən işlənib hazırlanan GİZ adından, Viktor Klaynın evində qafqazlı alman muzeyi konsepsiyası və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adından alman mədəni irsinin turizm baxımından dəyərləndirilməsi üzrə master planının hazırlanması.

Açılışı 2017-ci ilə planlaşdırılmış Bolnisi (Katarinenfeld) regional muzeyi və Göygöldəki (Helenendorf) alman koloniyalarının tarixi üzrə sərgi isiqamətli muzey.

2017/2018-ci illərdə Almaniya – Gürcüstan illəri çərçivəsində və almanların Cənubi Qafqaza köçmələrinin 200 illik yubileyi münasibətilə alman mədəniyyət irsi üçün saysız tədbirlər, bərpa tədbirləri və sərgilər keçiriləcəkdir.