Fachportal zur Geschichte und Kultur der Deutschen in Kaukasien

İctimaimədəni həyat və dərnəklər

Helenendorfda kişilərin ilk ictimai dərnəyi (Verein-ferayn) 1885-ci ildə yarandı. Bu dərnək əsasən kişilərin mütəmdi olaraq öz aralarında görüşüb söhbətləşməsinə, əylənməsinə, təsərrüfat məsələlərinin müzakirəsinə xidmət edirdi. Dərnəyin öz kitabxanası, həmçinin də keqelbanı vardı. Bundan əlavə , hər il burada (6-10 dəfə) çalğı və nəfəs orkestrlərinin çıxışları, xor konsertləri təşkil olunurdu.
Helenendorflu qadınlar da öz dərnəklərini quraraq ehtiyac içində yaşayan, müxtəlif dinlərə və millətlərə mənsub olan insanlara yardım edirdilər. Onlar müxtəlif təbirlər (teatr tamaşaları, xeyirxahlıq bazarları və s.) vasitəsilə ianələr toplayırdılar. Tədbirlər əsasən ictimai dərnək evində (sonralar mədəniyyət evi adlandırıldı) və ictimai bağda keçirilirdi. Bundan başqa Helenendorfda ayrıca olaraq ovçular dərnəyi, velosipedçilər dərnəyi və idmanın müxtəlif növləri (futbol, yüngül atletika və s.) üzrə də dərnəklər fəaliyyət göstərirdilər.