Məktəb binası
Təhsilin inkişafına dair:
1819 | Yohannes Kraus tərəfindən "Gəncləri yetişdirmə kursları" təşkil edilmişdi. |
1821 | İlk ibadət evi açıldı; burada həçinin din, yazı və hesab dərsləri də keçirilirdi. |
1834 | Pastorat evi tikildi. |
1842 | İbtidai məktəb inşa edildi. |
1890-cı illər | Orta məktəb yaradıldı. Bununla da orta məktəblərin müdavimləri üçün ixtisaslı peşə təhsili və ali təhsil almaq imkanları yarandı. |
1912 | Ticarət məktəbinin yaradılması |
1917, oktyabr |
Pastoratlıq binası yeni açılmış gimnaziyaya verildi. |
1919 | İlk məzunlar orta məktəbi bitirdılər. |
1920-1924 | Təkcə kolonistlərin övladları deyil, həmçinin xeyli gənc azərbaycanlılar da Almaniyada təhsil almağa göndərilmişdilər. |
1920-ci illər | „Konkordia"nın dəstəyi ilə məktəbə birbaşa və mütəmadi olaraq Almaniyadan müəllimlər cəlb edilmiş və dərs vəsaitləri gətirilmişdi. Mövcud məktəblərin təsərrüfatına müxtəlif laboratoriyalar, üç kitabxana, uşaq bağçası, idman meydançası, məktəb bağı və istixanalar da aid idi. |
1938 |
Alman dilində tədrisə son qoyuldu, təhsil sistemi tam sovetləşdirildi və ruslaşdırıldı. |